Ana Sayfa
     İletişim
     Örnek Alt Sayfa
     Metn
     facebook
     odnaglassiki
     Insan haqqinda
     Qedim kesfler haqqinda
     adminler haqqinda
     lenkeran haqqinda
     futbol
     Aktiyoylar Haqqinda
     Sekiller
     masinlar
     Romantik sekiller
     Şou-Biznes
     Maraqli
     Cemiyyet
     Imamlar Haqqinda
     Qadinlar barede
     Kisiler Barede
     Canli-tv
     Tasarim-Kodlari
     Oyun-Oyna
     Namazin qilinma qaydasi
     Simvollar-Turk
     Gul-qrafikleri
     Maraqli-Sekiller
     Hereketli yazilar
     Bilgili
     Tv-ler
     Chat
     VIP-Sayfa
     ASK
     Movzular
     Dini-hedisler
     Kitab-reklem
     Music
     Turk-sekiller
     sekiller-vip
     Dunya
     Welcome
     Yeni sayfanın başlığı
     Kepenekler
     Haberler
     Awk-Testi
     Namelum
     Allahin-99 adi
     Dizi
     Qol-krali
     Reklamlar
     Besiktas
     Galatasaray
     Burcler
     Google.com
     Arka-plan
     HTML-Kodlari
     YAMUR
     Ana-Sayfa1
     Dalgalanan-Turk-Bayraklari
     Dini-mp4
     Admin-haqqinda
     Краснодон
     Saatlar ve Teqvim




Vip-furiya - Imamlar Haqqinda


 Şiələrin on iki imam etiqadı haqqında nə məlumat verə bilərsiniz?

Sual: Xüsusilə də son dövrdə olan şiələrin on iki imam haqqında fikirləri haqqında nə deyə bilərsiniz.

 

Cavab:

 

Həmd Allaha məxsusdur.

 

Birincisi:

 

Rafizilər, İmamilər və yaxud İsna Aşarilər (On ikilər) Şiəliyin bir bölməsidir. Onlar səhabələrin əksəriyyətini və Əbu Bəkir, Ömərin xəlifəliyini, Zeyd ibn Əlinin imamətini rədd etdikləri və onu tərk etdikləri üçün (“rafada-rədd etdi” deməkdir) Rafizilər adlandırılmışlar. Onlara İmamilər deyilməsinin səbəbi odur ki, onlar əsasən “imamət” məsələsinə xüsusi əhəmiyyət verirlər və dinlərinin əsas prinsipinə çevirmişdirlər və yaxud onlar iddia edirlər ki, “Əli və onun nəsili imam olacaqdır”. Onlara İsna Aşari (On ikilər) deyilməsinin səbəbi budur ki, onlar Peyğəmbərin sallallahu aleyhi və səlləm ailəsindən (əhli beyt) on iki nəfərin imamətinə iman edirlər.

 

Onlara görə bunlardan birincisi Əli (Allah ondan razı olsun) və sonuncusu isə Muhəmməd ibn əl-Həsən əl-Əskəri, iddia edikləri “qeybə çəkilmiş imam”. Onların söylədiklərinə görə, o hicrətin üçüncü əsrinin ortalarında Səmərrədə “sərdaba” daxil olmuş və hələ də orada sağdır və gözləyirlər ki, o oradan çıxacaqdır.

 

İslam əhlinin əqidə və prinsiplərinə zidd əqidə və prinsiplərə sahibdirlər.

 

Bunlar aşağıdakılardır:

 

1.Onlar imamları tərifdə həddini aşırlar və iddia edirlər ki, onlar “məsumdurlar (günahsızdırlar)” və dua etmək, onlardan kömək istəmək, onlara qurban kəsmək və onların qəbirləri ətrafında təvaf etmək kimi bir çox ibadətləri onlara həsr edirlər. Bu da böyük şirkdir və Allah təala bizə bildirir ki, kim bu günah üzrə ölərsə bağışlanmayacaqdır. Bu cür şirk əməlləri həm onların alimləri, həm də sadə kütlə işləyir. Onlardan heç bir bu cür əmələ öz etirazını bildirmir.

 

2. Deyirlər ki, Müqəddəs Quran təhrif olunmuşdur və Qurana bəzi şeylər əlavə edilmiş və bəzi şeylər Qurandan çıxarılmışdır. Bu mövzuda onların alimlərinə və sadə kütlənin bəzisinə məlum olan kitabları var. Hətta onlar deyirlər ki, Quranın təhrif olunmasına iman etmək imanın əsas ehkamlarındandır.

 

3. Onlar səhabələrin (Allah onlardan razı olsun) əksəriyyətini kafir görürlər və onlara nifrət edirlər, onlara lənət etmək və alçaltmaqla Allaha daha da yaxınlaşmağa niyyət edirlər. Onlar iddia edirlər ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm vəfatından sonra az bir qism (sadəcə yeddi nəfər) istisna olmaqla səhabələrin digərləri dindən çıxmışdırlar. Bu da səhabələrin fəzilətini, üstünlüyünü təsdiq edən, Allahın onlardan razı olduğunu və onları Öz Peyğəmbəri sallallahu aleyhi və səlləm üçün dostlar seçdiyini söyləyən Quranı inkar etməkdir. Bu cür sözlər həmçinin Quranın özünü ittiham etməkdir. Çünki Quran səhabələrin vasitəsilə bizə ötürülmüşdür, nəql olunmuşdur. Əgər səhabələr kafir olsaydılar, o zaman onların (rafizilərin) Quranı təhrif etməsi və yaxud dəyişməsinə dair heç bir zəmanət olmazdı. İstənilən halda, bütün bunlar Rafizilərin iman etdiklər şeylərdir.

 

Şeyxul islam ibn Teymiyyə Allah ona rəhmət etsin demişdir:

 

“Həddini aşan və Allah Rəsulundan sallallahu aleyhi və səlləm sonra, kiçik bir miqdar, on və yaxud bu qədər say istisna olmaqla səhabələrin (Allah onlardan razı olsun) dindən çıxdıqlarını və yaxud fasiq olduqlarını iddia edən kəsə gəldikdə, şübhə yoxdur ki, həmin kəs kafirdir. Çünki həmin kəs Alalh təalanın onlardan razı olduğunu və təriflədiyini birdən çox yerdə bildirdiyi Qurani Kərimin ayələrini inkar edir. Həqiqətən də, hər kim bu cür insanın kafir olduğuna şübhə edirsə onun özü kafir adlandırılmalıdır. Çünki bu cür (rafizilərin iddia etdikləri) rəyin mənası budur ki, Quranı və Sünnəni nəql edən kəslər kafir idilər və yaxud asi fasiqlər.

 

Ayədə deyilir: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz”. (Ali İmran 3:110).

 

Onların ən yaxşıları ilk nəsildir. Lakin bu (küfr) rəyə görə, onların əksəriyyəti kafir və asi fasiqlər, bu ümmət ümmətlərin ən şərlisi və bu ümmətin ən erkən nəsilləri isə onların ən şərlisi olmuşdur. Bu cür sözün küfr təşkil etməsi elə bir məsələdir ki, heç bir müsəlmanın bunu bilməməsi üzr sayılmır. Sitatın sonu. Əl-Sarim əl-Məslul alə Şatim əl-Rəsul (səh. 590)

 

4. Onlar Allah təalaya “ba`da”, əvvəlcə olmayan sonradan yaranan fikir nisbət edirlər (Yəni Allah bir şey haqqında əvvəlcədən deyil, baş verəndən sonra bilir. Sübhənallah!). Bu da Allah Azzə və Cəlləyə “cahillik” nisbət etmək mənasına gəlir.

 

5. Onlar “təqiyə”yə etiqad edirlər. Təqiyyə, insanın öz daxilində hiss etdiyini, inandığını zahirən (üzdə) başqa cür göstərməkdir, ifadə etməkdir. Əslində bu (təqiyə) yalan və riyakarlıq, ikiüzlülük və insanları aldatmaq “məharətidir”. Təqiyə onların qorxduqları zaman etdikləri bir şey deyil, əksinə onlar qorxu və əmin-amanlıqda kiçik və böyük məsələlərdə təqiyədən istifadə etməyi “dini bir vəzifə” hesab edirlər. Onların imamlarından Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrini tərifləmək və yaxud dəstəmaz və yaxud yemək, içmək məsələlərində Əhli Sünnə ilə ittifaq etmək, razılaşmaq bardə söylədikləri hər bir həqiqət, haqq Şiə tərəfindən inkar edilmiş, rədd olunmuşdur. Şiə deyir ki, “həmin imamlar” bunları sadəcə təqiyə edərək söyləmişdirlər.

 

6. Rəcaya iman. İman edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, onun əhli beyti, Əli, Həsən, Hüseyn və digər imamlar qayıdacaqlar. Eyni zamanda, Əbu Bəkir, Ömər, Osman, Muaviyə, Yezid, İbn Zil Cuşan və onların iddiasına görə “əhli beytə zərər verən” hər bir kəs həmçinin qayıdacaqdır.

 

Onların əqidəsinə görə Qiyamətdən əvvəl Mehdi yenidən peyda olduqda- Allah düşməni İbn Səbə onlara (rafizilərə) dediyi kimi: onlar cəzalarını almaq üçün bu dünyaya qayıdacaqlar, çünki onlar Əhli Beyti incitmişdirlər və onlara qarşı həddlərini aşmışdırlar və onların haqqlarını rədd etmişdirlər, buna görə onlara şiddətli əzab veriləcəkdir, sonra onlar hamısı öləcəkdir, sonra isə Qiyamət günündə son haqq hesaba üçün həşr olunacaqlar-bu insanların hamısı bir dəfə bu dünyaya qayıdacaqlar. Bu onların etiqadıdır.

 

Həmçinin digər batil fikirləri barəsində və bu fikirlərin batilliyindən bəhs edən daha təfsilatlı məlumatları aşağıdakı kitablarda tapmaq olar:

 

“Əl-Xutut əl-Əridə” Mubib əd-Din əl-Xatib (İngilis dilində də var, Əbu Bilal Mustafa əl-Kanadi tərcümə etmişdir)
“Usul Məzhəb əl-Şia əl-İməmiyyə” Dr. Nasir əl-Qafari

 

“Fıraq Muasirə təntəsib ilə əl-İslam” Dr. Ğalib ibn Əli Əvəci (1/127-269)
“Əl-Məvsuə əl-Muyəssərə fil Ədyən vəl Məzəhib vəl Əhzəb əl-Muasirə” (1/51-57)

 

Fətvaları üzrə Daimi Heyətin alimlərinə aşağıdakı sual ünvanlanmışdır. İmami Şiələr islamdandırmı? Onun əsasını kim qoymuşdur? Çünki onlar, yəni şiələr özlərini seyyidimiz Əliyə Allah ondan razı olsun nisbət edirlər?

 

Cavab: İmami Şiə məzhəbi uydurulmuş bir məzhəbdir. İslama əlavə olunmuşdur, sonradan çıxmışdır. Sizə məsləhətimiz budur ki, İbn Teymiyyənin “Əl-Xutut əl-Əridə və Muxtasar əl-Tuhfə əl-İsnə Əşəriyyə və Minhəc əl-Sünnə” əsərini oxuyasınız. Onların bidətləri barəsində çox məsələlər orada izah olunur.

 

Abduləziz ibn Abdullah ibn Bəz, Abdurrəzzaq Əfifi, Abdullah ibn Ğudayyan
Sitatın sonu. Fətəvə əl-Ləcnə əl-Dəimə (2/377)

 

İkincisi: Yuxarıdakılardan aydın olur ki, bu məzhəb batildir və Əhli Sünnə vəl Camaatın etiqadına ziddir və bu etiqad, əqidə nə onların alimlərindən nə də sadə kütlədən qəbul olunmayacaqdır, rədd olunacaqdır.

 

Özlərini onlara nisbət etdikləri imamlara gəldikdə isə, bu imamlar onların bu yalan və iftiralarından, batil sözlərindən uzaqdırlar.

 

Bu imamların adları aşağıdakı kimidir:

 

1. Əli ibn Əbi Talib (Allah ondan razı olsun), hicrətin 40-cı ilində şəhid edilmişdir.

 

2. Həsən ibn Əli (Allah ondan
razı olsun) (3-50 Hicrət)

 

3. Hüseyn ibn Əli (Allah ondan razı olsun) (4-61 Hicrət)

 

4. Əli Zeynəlabidin ibn Hüseyn (38-59 Hicrət), şiələr onu “Əl-Səccəd” adlandırır

 

5. Muhəmməd ibn Əli Zeynəlabidin (57-114 Hicrət), onu “Əl-Baqir” adlandırırlar.

 

6. Cəfər ibn Muhəmməd əl-Baqir (83-148 Hicrət), “əl-Sadiq” adlandırırlar.

 

7. Musa ibn Cəfər əl-Kazım (128-148 Hicrət), “Əl-Kazım” adlandırırlar.

 

8. Əli ibn Musa əl-Kazım (148-203 Hicrət), “Riza” adlandırırlar.

 

9. Muhəmməd əl-Cavad ibn Əli əl-Rida (195-220 Hicrət), “əl-Təqiy” adlandırırlar.

 

10. Əli əl-Hadi ibn Muhəmməd əl-Cəvad (212-254 Hicrət), “Əl-Nəqiy” adlandırırlar.

 

11. Əl-Həsən əl-Əskəri ibn Əli əl-Hadi (232-260), “Əl-Zəkiy” adlandırırlar.

 

12. Muhəmməd əl-Mehdi ibn əl-Həsən əl-Əskəri, şiələr onu “Huccə əl-Qaim əl-Muntazar” deyə adlandırırlar. Onlar iddia edirlər ki, o Səmərrədə sərdaba daxil olmuşdr, lakin təhiqatçıların əksəriyyəti bu rəydədir ki, ümumiyyətlə elə bir adam olmamışdır və bu şiələrin özlərindən uydurduğu bir əfsanədir.

 

Baxın: əl-Məvsuəh əl-Muyəssərə (1/51)

 

İbn Kəsir Allah ona rəhmət etsin “Əl-Bidəyə vən Nihəyə 1/177” əsərində demişdir: Onların Səmərrə sərdabı haqqında inandıqlarına gəldikdə, bu bir əfsanədir və əslində heç bir əsası yoxdur, nə bir sübut, nə də səhih bir rəvayət yoxdur. Sitatın sonu.

Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı!


3% at 8 of 216 seconds
1:34 / 3:36
Analytics Video Yöneticisi

Bu video genel. Elvin Babazade Leylam
Prosta Miri Prosta Miri·13 video
Kanal ayarları 1 görüntüleme
Beğenen 0 Beğenmeyen 0
Bunu beğendimBeğen Bunu beğenmedim Hakkında Paylaş Ekle İstatistikler Bildir
Bu videoyu paylaş Ekle E-posta gönder


Başlatma zamanı:
Ads by OnlineBrowserAdvertisingAd Options

Ads by OnlineBrowserAdvertisingAd Options
Küçük resim4:25 Daha Sonra İzle
Elvin Babazade -- Leylam ( NEW 2014 )
Ekleyen: Рустам Селимов
503 görüntüleme
Küçük resim10:09 Daha Sonra İzle
My GF's Sexy Dance Skills (Vlog #440)
Ekleyen: theTimothyDeLaGhetto
658.383 görüntüleme
Küçük resim10:49 Daha Sonra İzle
Spongebob Squarepants - Face Freeze! (Full Episode)
Ekleyen: Spongebob Squarepants Channel
782.572 görüntüleme
Küçük resim5:47 Daha Sonra İzle
Vlogging!
Ekleyen: TheBajanCanadian
328.963 görüntüleme
Küçük resim7:48 Daha Sonra İzle
DO IT FOR STAR WARS!
Ekleyen: ladiedottie
188.905 görüntüleme
Küçük resim11:37 Daha Sonra İzle
Kane Atwood Vlogs!
Ekleyen: RomanAtwoodVlogs
306.693 görüntüleme
Ads by OnlineBrowserAdvertisingAd Options
YouTube ana sayfası Dil: Türkçe Ülke: Dünya Geneli Güvenlik: Kapalı Yardım
Hakkında Basın ve Blog'lar Telif hakkı İçerik Oluşturucular ve İş Ortakları Reklamcılık Geliştiriciler +YouTube
Şartlar Gizlilik Politika ve Güvenlik Geri bildirim gönder Yeni bir şeyler deneyin!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol