Ana Sayfa
     İletişim
     Örnek Alt Sayfa
     Metn
     facebook
     odnaglassiki
     Insan haqqinda
     Qedim kesfler haqqinda
     adminler haqqinda
     lenkeran haqqinda
     futbol
     Aktiyoylar Haqqinda
     Sekiller
     masinlar
     Romantik sekiller
     Şou-Biznes
     Maraqli
     Cemiyyet
     Imamlar Haqqinda
     Qadinlar barede
     Kisiler Barede
     Canli-tv
     Tasarim-Kodlari
     Oyun-Oyna
     Namazin qilinma qaydasi
     Simvollar-Turk
     Gul-qrafikleri
     Maraqli-Sekiller
     Hereketli yazilar
     Bilgili
     Tv-ler
     Chat
     VIP-Sayfa
     ASK
     Movzular
     Dini-hedisler
     Kitab-reklem
     Music
     Turk-sekiller
     sekiller-vip
     Dunya
     Welcome
     Yeni sayfanın başlığı
     Kepenekler
     Haberler
     Awk-Testi
     Namelum
     Allahin-99 adi
     Dizi
     Qol-krali
     Reklamlar
     Besiktas
     Galatasaray
     Burcler
     Google.com
     Arka-plan
     HTML-Kodlari
     YAMUR
     Ana-Sayfa1
     Dalgalanan-Turk-Bayraklari
     Dini-mp4
     Admin-haqqinda
     Краснодон
     Saatlar ve Teqvim




Vip-furiya - Qedim kesfler haqqinda


Şablon:Mənbəli

Nəsirəddin Tusi
 
Nəsrəddin Tusinin portreti.jpg
Nəsirəddin Tusinin rəssam Nəcəfqulu İsmayılov tərəfindən çəkilmiş portreti
Doğum tarixi: 17 fevral 1201-ci il
Doğum yeri: Tus
Vəfatı: 25 iyun 1274-cü il (73 yaşında)
Vəfat yeri: Bağdad
Elm sahəsi: Fəlsəfə, astronomiya, riyaziyyat, tarix, hüquq
Tanınmış yetirmələri: Nəcməddin QəzviniQütbəddin Şirazi,Cəmaləddin Həsən Hilli

Nəsirəddin Əbucəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi (Nəsirəddin Tusi) — filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Azərbaycan ensiklopediyaçı alimi, dövlət xadimi.[1] [2][3] Azərbaycanda (Marağa) yaşamış və fəaliyyət göstərmişdir.

Bəzi tədqiqat əsərlərində İran alimi kimi qeyd edilir.[4][5][6][7][8][9].

Həyatı[redaktə]

N. Tusinin heykəli, Gəncə.
Poçt markası (2001).
Poçt markası (2009).

Nəsirəddin Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi 1201-ci il şənbə günü 17 fevralda (11 cumadəl ulə 597-ci il) Tus şəhərində anadan olmuşdur.Bəzi mənbələrdə qeyd edilir ki, onun əsliZəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün Tusi nisbəsi ilə tanınmışdır.[10]

İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.

Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistanismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Ələmut" ("Qartal yuvası") qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur. Alim 1242-ci ildə tamamladıqı məşhur "Şərh əl-İşarat" (Əbu Əli Sinanın "İşarat" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi". 1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan "Ələmut" qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.

Hülakü xan 1258-ci ildə Bağdadı fəth edərək, Abbasilər sülaləsinin hakimiyyətinə son qoymuşdu. Hülaku xan dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır. İlxanilər adlanan bu yeni dövlətin başçıları "ilxan"lar (el xanları) idi. Hülaku xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Nəsirəddin Marağa rəsədxanasının tikintisinə başlayır.

Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmışdı. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır.

Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə), "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.

Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropadahəndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında "Bağdadın tarixi", "İşığın əks olunması və sınması haqda risalə", "Evklid optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.

Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara BakıParisBerlinVyana,OksfordKembricLeypsiqMünhenFlorensiyaQahirəİstambulMoskvaSankt-PeterburqKazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.

Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.

Görünür, o, rəsədxana qurmaq haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi, Nəsirəddinin Hülaku xandan icazə istəyib, işə başlaması da bunu sübut edir. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdırmalar aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər dəvət edir. Tusi özü "Zici-İlxani" adlı əsərində bu barədə belə yazır: "Hülaku xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini." Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları mə'lum olur. Burada bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli Azərbaycan siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrində yazdığına görə həmin dövrdə Camaəddin Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır.

Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülaku xan bu işi məqsədəuyğun saymırdı. Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında kitab"ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: "Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: "Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?" Nəsir cavabında söylədi: "İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin." Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: "hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər." Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.

Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib – hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Drezdendə saxlanır.

Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı burasında idi ki, rəsəxanada Müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri "İlxanilərin astronomik cədvəlləri" adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.

Cədvəllər dörd kitabdan ibarətdir. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunub. Elə buradaca sinus və tangenslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor Həbibulla Məmmədbəyli buna əsaslanaraq, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. "Cədvəllər"in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub.

AMEA-nın müxbir üzvü Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir.[11]

Marağa rəsədxanası tətbiqi astronomiyanın inkişafında müstəsna rol oynayıb.

Nəsirəddin Tusi dünyasını 1274-cü ildə 25 İyunda (18 zülhiccə 672-ci il) Bağdadda dəyişmiş və orada "Came məscidi"ndə torpağa tapşırılmışdır.

Nəsirəddin Tusinin davamçıları[redaktə]

Nəsirəddin Tusinin üç oğlu olmuşdur: Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd. Onlar filosofun yaradıcılıq yolunu davam etdirmişlər. Nəsirəddin Tusinin ölümündən sonra Sədrəddin Əli Marağa rəsədxanasına rəhbərlik etmişdir. Mənbələrdə deyildiyi kimi, o, farsca şeirdə və astronomiyada fəzilətli idi. [12]

Əsiləddin Həsən riyaziyyatçı və şair kimi tanınırdı. Professor Həbibulla Məmmədbəyli qeyd edir ki, Parisdə milli kitabxanada saxlanılan "Zic-i İlxani"nin bir nüsxəsi Əsiləddin Həsənin əlyazmasıdır.[13]

Əsiləddin Həsən həm elmi fəaliyyət göstərmiş, həm də dövlət işlərində çalışmışdır. Vali işləmiş Əsiləddin Həsən Qazan xan ilə Şama getmiş, sonra Bağdadda mənsəb tutmuşdur. Nəsirəddin Tusinin kiçik oğlu Fəxrəddin Əbülqasim Əhməd riyaziyyatçı, astronom olmuş, vəqflərin müdiri işləmişdir.Fəxrəddin Əhməd Abaqa xanın oğlu Arqun xan zamanında xidmət etmiş, 27 avqust 1301-ci (21 zülhiccə 700) ildə Sivasda öldürülmüşdür. Cənazə Marağaya gətirilib, qardaşının yanında dəfn olunmuşdur. [14]

Mənbələrdə qeyd edilir ki, Əhvədi Marağayi "Dəhnamə" məsnəvisini Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif ibn Əsiləddin Həsənin adına 1306-cı (706) ildə nəzmə çəkmişdir. Lakin onun hansı ixtisas sahibi olması, nə kimi mövqe tutması məlum deyildir. [15]

Nəsirəddin Tusi Marağa rəsədxanasının nəzdində təsis etdiyi məktəbdə özünün davamçılarını hazırlamışdır. Mütəfəkkirin fəlsəfi məktəbinin görkəmli nümayəndələri arasında Nəcməddin Qəzvini (1203-1277), Qütbəddin Şirazi (1236-1311), Cəmaləddin Hilli (1250-1325) daha çox məşhurdur. Onlar da müəllimlərinin fəlsəfi mövqeyindən çıxış etmişlər. [16]

Nəsirəddin Tusinin şagirdlərindən Nəcməddin QəzviniQütbəddin ŞiraziCəmaləddin Həsən Hilli və başqaları öz məktəblərini yaradaraq şagirdlərini, xələflərini yetirmişlər. Bununla da Bəhmənyar məktəbinin fəlsəfi ənənələri Nəsirəddin Tusinin fəlsəfi məktəbi və şagirdlərinin fəlsəfi məktəbinin nümayəndələri tərəfindən davam etdirilmişdir. [17]

XIV əsrdə Nəsirəddinin nəvə-nəticələri Marağadan Ordubada köçmüşlər. Səfəvilər dövründə onlar bir sıra dövlət vəzifələrində çalışmışlar. Hal-hazırda Azərbaycan Respublikasında və İran İslam Respublikasında Nəsirəddin Tusinin çox sayda varisləri yaşamaqdadır.

Əsərləri[redaktə]

Əsər cəmi 101 ədətdir.

  • Şərh əl-İşârat (fəlsəfə kitabı, 20 ildə hazırlanmış)
  • Zic-i İlxânî (astronomiya haqqında)
  • Təcrid əl-əqâid (kəlam kitabı)
  • Tezker-i hayat
  • Təhrir-i Uqlidis
  • Təhrir əl-Məcəstî
  • Əsas əl-iqtibas (Məntiq kitabı)
  • Əsraf əl-eşraf
  • Əxlaq-i Nâsirî
  • Füsul nəsiriyyə

Nəsirəddinin[redaktə]

Çingiz[redaktə]

mathfrak{N}!!!{}_{{}_{ull}}left(acdot bright)=ddot ncdot left(acdot bright)^{-frac{pi}{e}}=frac{mathfrak{N}!!!{}_{{}_{ull}}left(aright)cdotmathfrak{N}!!!{}_{{}_{ull}}left(bright)}{ddot n}
mathfrak{N}!!!{}_{{}_{ull}}left(prod_{i=1}^m x_iright)=frac{prod_{i=1}^mleft(mathfrak{N}!!!{}_{{}_{ull}}left(x_iright)right)}{ddot n^{i-1}}Longleftrightarrow
ddot n^{i-1}cdotmathfrak{N}!!!{}_{{}_{ull}}left(prod_{i=1}^m x_iright)=prod_{i=1}^mleft(mathfrak{N}!!!{}_{{}_{ull}}left(x_iright)right)

Alim[redaktə]

mathfrak{N}!!!{}_{{}_{ull}}left(frac1xright)=ddot ncdot left(frac1xright)^{-frac{pi}{e}}=frac{ddot n^2}{mathfrak{N}!!!{}_{{}_{ull}}left(xright)}
mathfrak{N}!!!{}_{{}_{ull}}left(frac{a}{b}right)=mathfrak{N}!!!{}_{{}_{ull}}left(acdotfrac{1}{b}right)=frac{mathfrak{N}!!!{}_{{}_{ull}}left(aright)cdotmathfrak{N}!!!{}_{{}_{ull}}left(frac{1}{b}right)}{ddot n}=ddot ncdotfrac{mathfrak{N}!!!{}_{{}_{ull}}left(aright)}{mathfrak{N}!!!{}_{{}_{ull}}left(bright)}

Ələmut[redaktə]

mathfrak{N}!!!{}_{{}_{ull}}left(a^bright)=ddot ncdot left(a^bright)^{-frac{pi}{e}}=ddot ncdot a^{frac{-bcdotpi}{e}}=frac{mathfrak{N}!!!{}_{{}_{ull}}left(aright)^b}{ddot n^{b-1}}Longleftrightarrow
mathfrak{N}!!!{}_{{}_{ull}}left(aright)^b=ddot n^{b-1}cdotmathfrak{N}!!!{}_{{}_{ull}}left(a^bright)

Möhtəşəm[redaktə]

left|bright|<left|aright| icin

mathfrak{N}!!!{}_{{}_{ull}}left(a+bright)=ddot ncdot left(a+bright)^{-frac{pi}{e}}=ddot ncdotsum_{i=0}^inftybinom{-frac{pi}{e}}{i}cdot a^{-frac{pi}{e}-i}cdot b^i=sum_{i=0}^inftybinom{-frac{pi}{e}}{i}cdotmathfrak{N}!!!{}_{{}_{ull}}left(aright)^{1+frac{icdot e}{pi}}cdotmathfrak{N}!!!{}_{{}_{ull}}left(bright)^{-frac{icdot e}{pi}}
mathfrak{N}!!!{}_{{}_{ull}}left(a-bright)=ddot ncdot left(a+bright)^{-frac{pi}{e}}=sum_{i=0}^inftyleft(-1right)^icdotbinom{-frac{pi}{e}}{i}cdotmathfrak{N}!!!{}_{{}_{ull}}left(aright)^{1+frac{icdot e}{pi}}cdotmathfrak{N}!!!{}_{{}_{ull}}left(bright)^{-frac{icdot e}{pi}}

Mənbə[redaktə]

  • Xacə Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Farscadan Azərbaycan dilinə tərcümə, müqəddimə və şərh Rəhim Sultanovundur. Bakı, 1980

İstinadlar[redaktə]

  1. Jump up Nəsirəddin Tusi
  2. Jump up Nəsirəddin Tusinin təkamül görüşləri
  3. Jump up Naxçıvanın görkəmli şəxsləri
  4. Jump up James Winston Morris, "An Arab Machiavelli? Rhetoric, Philosophy and Politics in Ibn Khaldun’s Critique of Sufism", Harvard Middle Eastern and Islamic Review 8 (2009), pp 242–291. [۱] excerpt from page 286 (footnote 39): "Ibn Khaldun’s own personal opinion is no doubt summarized in his pointed remark (Q 3: 274) that Tusi was better than any other later Iranian scholar". Original Arabic: Muqaddimat Ibn Khaldūn : dirāsah usūlīyah tārīkhīyah / li-Aḥmad Ṣubḥī Manṣūr-al-Qāhirah : Markaz Ibn Khaldūn : Dār al-Amīn, 1998. ISBN 977-19-6070-9. Excerpt from Ibn Khaldun is found in the section: الفصل الثالث و الأربعون: فی أن حملة العلم فی الإسلام أکثرهم العجم (On how the majority who carried knowledge forward in Islam were Persians) In this section, see the sentence sentence where he mentions Tusi as more knowledgeable than other later Persian ('Ajam) scholars: . و أما غیره من العجم فلم نر لهم من بعد الإمام ابن الخطیب و نصیر الدین الطوسی کلاما یعول علی نهایته فی الإصابة. فاعتیر ذلک و تأمله تر عجبا فی أحوال الخلیقة. و الله یخلق ما بشاء لا شریک له الملک و له الحمد و هو علی کل شیء قدیر و حسبنا الله و نعم الوکیل و الحمد لله
  5. Jump up ↑ Seyyed Hossein Nasr," Title Islamic philosophy from its origin to the present: philosophy in the land of prophecy",Publisher SUNY Press, 2006. pp 167: “In fact it was common among Persian Islamic philosophers to write few quatrains on the side often in the spirit of some of the poems of Khayyam singing about the impermanence of the world and its transience and similar themes. One needs to only recall the names of Ibn Sina, Suhrawardi, Nasir al-Din Tusi and Mulla Sadra, who wrote poems alongs with extensive prose works
  6. Jump up ↑ Nanne Pieter George Joosse, Bar Hebraeus, "A Syriac encyclopaedia of Aristotelian philosophy: Barhebraeus (13th c.), Butyrum sapientiae, books of ethics, economy, and politics: a critical edition, with introduction, translation, commentary, and glossaries", Published by Brill, 2004. excerpt: " the famous Persian scholar Naslr al-Dln al-Tusi
  7. Jump up Rodney Collomb, "The rise and fall of the Arab Empire and the founding of Western pre-eminence", Published by Spellmount, 2006. pg 127: "..Nasr ed-Din Tusi, the Persian, Khorasani, former chief scholar and scientist of
  8. Jump up Arthur Goldschmidt, Lawrence Davidson. "A Concise History of the Middle East", Westview Press, 2005. Eighth edition, pg 136
  9. Jump up Tusi, Nasir al-Din al-." Encyclopædia Britannica. 2007. Encyclopædia Britannica Online. 27 December 2007 <http://www.britannica.com/eb/article-9073899
  10. Jump up Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, Elm, 2000. səh.18
  11. Jump up Aytək Zakirqızı (Məmmədova). Əqidə fədaisi. "Xural" qəzeti, 3-9 avqust, 10-16 avqust, 17-23 avqust 2003-cü il
  12. Jump up Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, Elm, 2000. səh.22
  13. Jump up Həbibulla Məmmədbəyli. Nəsirəddin Tusi. Bakı, 1968. səh.85
  14. Jump up Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, Elm, 2000. səh. 22
  15. Jump up Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, Elm, 2000. səh. 22
  16. Jump up Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin fəlsəfi məktəbi. Bakı, Elm, 2011
  17. Jump up Aytək Zakirqızı (Məmmədova). Nəsirəddin Tusinin fəlsəfi məktəbi. Bakı, Elm, 2011. səh. 76
Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı!


3% at 8 of 216 seconds
1:34 / 3:36
Analytics Video Yöneticisi

Bu video genel. Elvin Babazade Leylam
Prosta Miri Prosta Miri·13 video
Kanal ayarları 1 görüntüleme
Beğenen 0 Beğenmeyen 0
Bunu beğendimBeğen Bunu beğenmedim Hakkında Paylaş Ekle İstatistikler Bildir
Bu videoyu paylaş Ekle E-posta gönder


Başlatma zamanı:
Ads by OnlineBrowserAdvertisingAd Options

Ads by OnlineBrowserAdvertisingAd Options
Küçük resim4:25 Daha Sonra İzle
Elvin Babazade -- Leylam ( NEW 2014 )
Ekleyen: Рустам Селимов
503 görüntüleme
Küçük resim10:09 Daha Sonra İzle
My GF's Sexy Dance Skills (Vlog #440)
Ekleyen: theTimothyDeLaGhetto
658.383 görüntüleme
Küçük resim10:49 Daha Sonra İzle
Spongebob Squarepants - Face Freeze! (Full Episode)
Ekleyen: Spongebob Squarepants Channel
782.572 görüntüleme
Küçük resim5:47 Daha Sonra İzle
Vlogging!
Ekleyen: TheBajanCanadian
328.963 görüntüleme
Küçük resim7:48 Daha Sonra İzle
DO IT FOR STAR WARS!
Ekleyen: ladiedottie
188.905 görüntüleme
Küçük resim11:37 Daha Sonra İzle
Kane Atwood Vlogs!
Ekleyen: RomanAtwoodVlogs
306.693 görüntüleme
Ads by OnlineBrowserAdvertisingAd Options
YouTube ana sayfası Dil: Türkçe Ülke: Dünya Geneli Güvenlik: Kapalı Yardım
Hakkında Basın ve Blog'lar Telif hakkı İçerik Oluşturucular ve İş Ortakları Reklamcılık Geliştiriciler +YouTube
Şartlar Gizlilik Politika ve Güvenlik Geri bildirim gönder Yeni bir şeyler deneyin!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol